Mardinin Abdulkadir Paşa ve Fırat məhəllələrində terrorçuların qazdığı xəndəklərin doldurulması zamani xəndəyə yerləşdirilən bombanın partlaması ilə iki polisin yaralanmasının ardından bölgədə irimiqyaslı əməliyyat başlayıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, əməliyyatçılar Abdulkadir Paşa məhəlləsindəki Hacı Şəmsəddin Yusma Məscidinin zirzəmisində silah-sursat gizlədildiyi barədə xəbər alıb. Məscid və ətrafında keçirilən əməliyyat nəticəsində səccadənin altında raket mərmisi, uzun lüləli silah, bu silahlara aid güllələr, "molotov kokteyli” və örgütə aid sənədlər aşkarlanıb.
Ötən günlərdə isə məhəllələrdə aparılan əməliyyatlarda 250 kolo A4 partlayıcısı, 2 raket mərisi, 3 uzun lüləli silah və bu silahlara aid çoxlu sayda güllə, tapança, tüfəng, bomba görünüşü verilmiş raket, 35 "molotov kokteyli” və bomba düzəldiməsində istifadə olunan maddə və əşyalar ələ keçirilmiş, 14 nəfər göz altına alınmışdı.