"İslam dövləti” terrorçu qruplaşması 15 nəfərin ölümünə səbəb olan, Bağdadda avtomobilin partladılması ilə törədilən son terror olayının məsuliyyətini öz üzərinə götürüb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Qruplaşma üzvləri bu terror aktı ilə əlaqələri haqda özlərinin tvitter səhifəsində yazıblar. Təsdiq ediblər ki, hədəfləri İraq hərbçiləri, federal polisin əməkdaşları və hökumət qüvvələrinin üzvləri olub.
Xatırladaq ki, insident şənbə günü Bağdadın Həbibiyyə adlanan şiə məhəlləsində baş verib, nəticədə azı 15 nəfər həlak olub, 35 nəfər yaralanıb.