Milyarder Donald Tramp bəyan edib ki, prezident seçilərsə, bütün qeyri-leqal miqrantları ölkədən çıxaracaq. Bu barədə baki-xeber.com "Reuters” agentliyinə istinadən məlumat verir.
"Onlar getməlidir...Bizim Vətənimiz ya var, ya da yoxdur”-deyən Tramp qeyd edib ki, bu sözləri deyərkən ABŞ-da yaşamaq üçün lazımi sənədləri olmayan miqrantları nəzərdə tutur. Prezidentliyə namizəd onu da bildirib ki, seçilərsə, hazırkı preziden Barak Obamanın miqrasiya ilə bağlı qərarını ləğv edəcək. Həmin qərar, eyni zamanda, ölkəyə valideynlərilə gəlmiş, lakin miqrasiya sənədi olmayan uşaqların ölkədən deportasiyasını nəzərdə tutur ki, Tramp bunu düzgün saymır:”Biz ailələri bölməli deyiik, lakin onlar getməlidir”- deyə o bildirib.
Qeyd edək ki, Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə ən şanslı namizəd sayılır.