Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dünənRusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak etmək üçün Moskva şəhərinə gedib. Qeyd edək ki, iyulun 25-dən Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin silahlı qüvvələrinini birinci hərbi idman oyunları keçirilir. Bu barədə qərar Böyük Vətən Müharibəsinin 70 illiyi ilə bağlı tədbirdə qəbul olunub.