Avqustun 15-də Misirin eks-prezidenti Məhəmməd Mursinin vəkilləri onun barəsində çıxarılmış ölüm hökmü və ömürlük həbs cəzasından apelyasiya şıkayəti verib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Qeyd edək ki, Mursi türmədən qaçışın təşkili və xarici kəşfiyyata şpionajda ittiham olunur. Vəkillər ölüm hökmünün dəyişdirilməsi üçün türmədən qaçışın təşkili maddəsinə 69, şpionaj maddəsinə isə 111 əks arqument hazırlayıb. Vəkillərin apelyasiya şikayətinə nə zaman baxılacağı barədə xəbər verilmir.
Xatırladaq ki, Qahirə birinci instansiya cinayət məhkəməsi 2011-ci ildə Məhəmməd Mursi barəsində Vadı ən-Natrun türməsindən qaçışın təşkili maddəsi üzrə ölüm hökmü çıxarmışdı. Xarici kəşfiyyatın lehinə fəaliyyət maddəsilə isə eks-prezident ömürlük həbs cəzasına məhkum olunmuşdu. Yerli qanunvericiliyə görə, məhkumların 60 gün ərzində Apelyasiya məhkəməsinə verdikt vermək hüququ var.