Bağdadda avtosalonun qarşısında maşin partladılıb. Nəticədə azı 20 nəfər ölüb, onlarla insan yaralanıb. Baki-xeber.com-un "Rossiya24” telekanalına istinadən xəbərinə görə, yaxınlıqda xəstəxana olduğundan bir çox insanı xilas etmək mümkün olub. Yerli sakinlər bildirir ki, avtosalon əvvəllər də terrorçuların hücumuna məruz qalıb.
Qeyd edək ki, cəmi 2 gün əvvəl Bağdadın Sədr şiə məhəlləsində son 10 ilin ən böyük terror hadisəsi baş vermiş, nəticədə 70 sakin həyatını itirmişdi. Həmin terror olayının məsuliyyətini "İslam dövləti” qruplaşması oz üzərinə götürmüşdü.