Türkiyənin Bingöl əyalətində 3 hərbçi minaya düşərək şəhid olub. Yerli mətbuatın xəbərinə görə, minaları yola Kürd Fəhlə Partiyasının üzvləri basdırıb. İnsident dağlıq ərazi olan Karlıovada yaşanıb. Partlayıcı mexanizm hərbçilərin zirehli avtomobili keçən zaman məsafədən idarə edilməklə işlək hala gətirilib. Partlayışın ardından terrorçular hərbçilərə atəş açıb. Bir neçə yaralı xəstəxanaya çatdırılıb. Hazırda ərazidə hücum edənlərin neytrallaşdırılması əməliyyatı aparılır. Bu arada Türkiyənin Suriya və İranla həmsərhəd Şırnak əyalətində polis yolun kənarında tərk edilmiş şübhəli avtomobil aşkarlayıb. Baxış zamanı avtomobilə bomba qoyulduğu aşkarlanıb.
Qeyd edək ki, analoji hadisə bu günlərdə Batmanda da aşkarlanmış, partlayıcı sapyorlar tərəfindən zərərsizləşdirilmişdi.
Baki-xeber.com