Baki-xeber.com RİA ”Novosti”yə istinadən xəbər verir ki, Çinin Tyanszin şəhərində partlayış qurbanlarının sayı artaraq 104 olub. Sözügedən bölgədə ilk güclü partlayış çərşənbə günü axşam saatlarında baş verib. Bir müddət sonra daha bir partlayış olub. 2 km radiusu əhatə edən partlayış dalğası yaxınlıqdakı binaların pəncərə şüşələrini dağıdıb, mindən çox avtomobilə ziyan dəyib. İndiyə kimi 85 nəfərin öldüyü deyilirdi. Bu gün daha iki, bir qədəraz gücdə partlayış baş verib. Partlayışların ardından başlayan yanğinin 20 min kv.m sahəni əhatə etdiyi bildirilir. Hazırda hadisə yerinin 3 km-lik radıusunda əhalinin təxliyə olunmasına başlanıb. Daha əvvəl bildirildiyinə görə, anbarda kalium, natrium, sianid və sairə kimi təhlükəli kimyəvi maddələrin saxlandığı istisna olunmur.