Baki-xeber.com-un Britaniya mətbuatına istinadən artıq xəbər verdiyi kimi, "İslam dövləti” terrorçu təşkilatı Britaniyanın Yaponiya üzərində qələbəsinin ildönümü ərəfəsində Londonda bir sıra terror aktları törətməyi planlaşdırır. Bu üzdən paytaxt polisi sakinlərə ayıq olmaq və şübhəli situasiya ilə üzləşdikdə dərhal "qaynar xətt”ə məlumat vermək xahişi ilə müraciət edib.
"Biz bütün təhlükəsizlik planlarımızı götür-qoy etdik. Mən hər kəsi əmin etmək istəyirəm ki, təhlükəsizliyimiz istiqamətində yorulmadan fəaliyyət göstəririk. Mən bir daha Londonun sakinlərinə və qonaqlarına tövsiyələrimi vermək istəyirəm: istənilən şübhəli halla üzləşdikdə lütfən dərhal bizi "qaynar xətt”iiz vasitəsilə məlumatlandırın”- deyə London polisinin nümayəndəsi Deyv Masker bildirib.
Qeyd edək ki, Britaniyanın Yaponiya üzərində qələbəsinin ildönümü ilə bağlı Londonda bayram tədbiri keçiriləcək. Tədbirdə kraliça II Yelizaveta, kral ailəsinin digər üzvləri və II Dünya müharibəsi veteranlarının iştirakı planlaşdırılır.