Liviya sahilləri yaxınlığında gəminin batması nəticəsində azı 40 nəfər həyatını itirib. Bu barədə baki-xeber.com FransPress Agentliyinə istinadən xəbər verir. Agentliyin xəbərinə görə, göyərtəsində immiqrantların olduğu batan gəminin köməyinə italyan hərbi gəmisi gəlib. Xilasedicilər sudan 40 nəfərin cəsədini çıxarıb, onlarla insan xilas edilib. Ölənlərin dəqiq sayı bəlli deyil.