Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına əsasən məlumatına görə, bu gün səhər saatlarında Göyçay şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 12 kv.m olan köşkdə hələlik naməlum səbəbdən baş vermiş yanğın nəticəsində köşkün yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Digər yanğın hadisəsi rayonun Qaraməryəm kəndində baş verib. Burada 50 hektar ərazidə quru ot və kol-kos yanıb. Zamanında edilən müdaxilə nəticəsində yanğın ətrafdakı ağaclara ziyan vurmayıb.