"Rusiya sübut edə bilər ki, Kiyev fosfor bombaları tətbiq edir”. Bu sözləri Rusiya İstintaq komitəsinin üzvü Vladimir Markin "Rossiya 24” telekanalının efirində səsləndirib. O, ekspertizanın nəticələrinə əsasən istintaqın bu qənaətə gəldiyini bildirib. V.Markinin sözlərinə görə, ekspertiza üçün örnəklər Ukrayna qaçqınlarının üzərindəki partlayış qırıntılarından götürülüb. Markin 150-dən çox örnəyin tədqiq olunmasından sonra bu nəticəyə gəlindiyini bildirib.
Bu barədə şahid fikirlərində isə sözügedən bombanın Donbasda Ukrayna mövqelərinə bir həftə əvvəl atıldığı bildirilir. Lakin qeyd olunur ki, bu barədə ATƏT-in rəsmi saytında təşkilatın xüsusı missyasının hesabatı yalnız indi yer alıb. Deyildiyinə görə, 128-ci briqadanın döyüşçülərinin təqdim etdiyi fotolarda partlayışın açdığı dəliklərdə ağ izlər və texnikanın tam şəkildə yanması aydın şəkildə görünür. Bütün şəkillər ciddi şəkildə incələndikdən sonra ATƏT missiyası bunun fosfor bombası olduğunu etiraf edib.
Qeyd edək ki, ağ fosfor ətrafdakı hər şeyi yandırıb məhv etmək gücündədir.
Baki-xeber.com