ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Özbəkistan vətəndaşı məhkəmədə İŞİD-ə maddi dəstək göstərdiyini və Obamaya sui-qəsd planı hazırladığını etiraf edib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir.
"Bruklində yaşayan 25 yaşlı Özbəkistan vətəndaşı Abdurasul Xazanoviç Curaboyev bu gün özünün "İslam dövləti” terror təşkilatına maddi dəstəyini etiraf edib”- deyə qurumun açıqlamasında deyilir. Əldə olunan informasiyaya görə, Curaboyev özünün bu terrorçu qruplaşaya simpatiyasını gizlətməyib və internetdə, İŞİD-ə qoşulmağa nail ola bilməyəcəyi təqdirdə, ABŞ prezidenti Obamaya sui-qəsd hazırlayacağını bəyan edib. Hazırda məhkəməsi gedən Curaboyevi 15 illik türmə həyatının gözlədiyi bildirilir.