Avrokomissayanın sədri Jan Klod Yunker Yunanıstanın Avrozonada qalacağını bəyan edib. Bu barədə baki-xeber.com Qazeta.ru saytına istinadən məlumat verir. "Razılıq əldə olunub. Yunanıstan avrozonanın üzvüdür və belə də davam edəcək”- deyə siyasətçi özünün tvitter səhifəsində yazir.
Yunanıstana üçüncü proqram çərçivəsində yardım qərarına Brüsseldəki qrupun 6 saat davam edən növbədənkənar iclasında gəlinib. Qərarın nəticəsi olaraq Afinanın kreditin ilk tranşını 19 avqust tarixində alması gözlənir. Avroqrupun rəhbəri Yerun Deysselblumun bildirdiyinə görə, yeni dəstək proqramı üzrə kreditin ödənilmə müddəti 32,5 il təşkil edəcək.
Qeyd edək ki, Yunanıstanla kreditorlar arasında danışıqlar 28 iyul tarixində başlamışdı. Ötən cümə axşamı Afina Beynəlxalq Valyuta Fonduna 186,3 milyon avro ödəniş edib.