"İslam dövləti” terrorşu qruplaşmasının üzvləri Liviyanın Siirt şəhərində yerləşən Tibb Mərkəzində müalicə alan 22 yaralını qətlə yetirib. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə Liviyanın "Al-Basat” qəzeti xəbər dərc edib.
Yerli sakinlərin qəzetə verdiyi məlumata görə, yaraqlılar Tibb Mərkəzinə soxularaq axtarış aparıblar. Bundan sonra pasiyentləri qətlə yetirib xəstəxanaya od vurublar. İnsidentin digər təfərrüatları barədə xəbər verilmir. DPA agentliyinin bildirdiyinə görə, öldürülən pasiyentlər İŞİD-lə düşmənçilik aparan yerli islamçı qrupun nümayəndələri olub.
Qeyd edək ki, 2011-ci ildə prezident Müəmmər Qəddafi devrildikdən sonra ölkə hələ də böhran içindədir. Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür. Bu başıpozuqluqdan iistifadə edən terrorçu qruplaşma ölkənin böyük bir ərazisini nəzarəti altına alıb.