Hərbi qaynaqlardan əldə olunan məlumata görə, Hakkaridə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş verən atışmada 3 əsgər şəhid olub, 6-sı isə yaralanıb.
Baki-xeber.com məlumat verir ki, yaralı əsgərlər dərhal helikopterlərlə xəstəxanaya çatdırılıb. Atışmaların davam etdiyi bölgəyə əlavə qüvvələr göndərilib. Terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstəklənən genişmiqyaslı əməliyyat başlayıb.