"İslam dövləti” ekstremist qruplaşması Bağdadın şimal-şərqində baş verən, onlarla insanın həyatına son qoyan partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, sözügedən partlayış 13 avqust tarixində Bağdadın şiə məhəlləsi olan Sadr-sitidə adamla dolu bazarın yaxınlığında park edilmiş yük avtomobilində partlayıcının işə düşməsi ilə baş verib. Partlayış nəticəsində ölənlərin sayının müxtəlif mənbələrə əsasən 40-76 nəfər olduğu deyilir. Sosial şəbəkələr və digər qeyri-rəsmi mənbələrdə isə bu sayın 90-200 nəfər aralığında olduğu bildirilir.
Əvvəllər də cihadçılar dəfələrlə Bağdadda baş verən partlayı.ların məsuliyyətini öz üzərlərinə götürüblər. İŞİD İraqın şimal və qərbində əhəmiyyətli miqyasda əraziləri nəzarətində saxlayır. Ötən bazar günü İraqın Bakuba şəhərində baş verən iki partlayış isə onlarla insanın həyatını itirməsinə səbəb olub.