Azərbaycanın Almaniyadakı Səfirliyi jurnalist Rasim Əliyevin ölümünün bəzi dairələr tərəfindən siyasiləşdirilməsini pisləyən bəyanat yayıb. Bu barədə səfirlikdən Trend-ə verilən məlumatda bildirilir.
Bəyanatda qeyd olunur ki, səfirlik Almaniyada bəzi dairələrin jurnalist R.Əliyevin jurnalist fəaliyyətinə dair düzgün olmayan məlumatlar yaymaqla qətl hadisəsini siyasiləşdirməyə yönəlmiş cəhdlərini pisləyib.
Bəyanatda bildirilir ki, bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədlər üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır. Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb.