Onun sözlәrinә görә, MSK bu müşahidәçilәrin akkreditasiyasını hәyata keçirir: "Seçki günü ölkә üzrә 18 yaşını keçmiş vәtәndaşlarımızın sәsvermәni müşahidә etmәk hüquq var. Ölkә üzrә hәr kәs Mәrkәzi Seçki Komissiyasına müraciәt edә bilәr. Kimsә dairә üzrә müşahidә aparmaq istәyirsә, onun Mәrkәzi Seçki Komissiyasına müraciәt etmәsinә ehtiyac yoxdur. Onlar müşahidә etmәk istәdiyi Dairә Seçki Komissiyasına müraciәt edә bilәr. Әvvәlki illәrdә dә tәcrübәmizdә müşahidәçilәrlә bağlı heç bir problem olmayıb. Bizim müşahidәçilәrin sayı 50 min nəfər çatıb. Azәrbaycanda seçkilәri müşahidә etmәk istәyәn beynәlxalq qurumları da hәmişә dәvәt etmişik. Müşahidәçilәri dәvәt etmәyә 3 qurum sәlahiyyәtlidir - Milli Mәclis, Xarici İşlәr Nazirliyi vә Mәrkәzi Seçki Komissiyası".
ATӘT DTİHB Azәrbaycanda keçirilәcәk seçkilәrdә iştirak etmәk istəyir
"ATӘT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azәrbycanda keçirilәcәk seçkilәrdә iştirak etmәk arzusundadır". Bunu Mәzahir Pәnahov Bakıda sәfәrdә olan ATӘT DTİHB ehtiyacları qiymәtlәndirmә missiyasının sәfәrinin nәticәsi ilә bağlı deyib. Onun sözlәrinә görә, yәqin ki, Azәrbaycan tәrәfi buna müsbәt yanaşacaq.
Partiyaların maliyyə hesabatlarının təqdim edilməsi məsələsində ciddi narahatlıq yoxdur”
Mәzahir Pәnahov deyib ki, Azәrbaycan qanunvericiliyinә görә, bu ildәn siyasi partiyaların maliyyә hesabatları Mәrkәzi Seçki Komissiyasına tәqdim olunmaldır vә komissiya bunu araşdırılmalıdır. Onun sözlәrinә görә, MSK bu il ilk dәfә bu mәsәlә ilә mәşğul və siyasi partiyalar üçün ilk tәcrübә olduğundan üçün indiyә qәdәrki mәsәlәlәr ciddi narahatlıq doğuran mәqam görmür: "Hәlә bizim vaxtımız var, ilin axırına kimi gözlәyәcәyik. Ola bilsin, hansısa partiya diqqәtsizlik edib, göndәrmәyib. Ola bilsin hansısa partiyanın problemlәri var. Mәhz onları araşdırmaqla mәşğuluq. Amma әlbәttә ki, ilin axırında qanunverciliyin tәlәblәrinә riayәt etmәk barәdә mәlumat verәcәyik".