Baki-xeber.com-un xəbərinə görə, belə bir başlıqla Rusiyanın Qolos İslama.ru saytı yazı dərc edib. Yazıda iddia olunur ki, avqustun 12-də anti-İŞİD əməliyyatının icrasında bilərəkdən, ya bilməyərəkdən səhvə yol verilib və nəticədə Suriyanın Atma kəndində faciə yaşanıb. Belə ki, Türkiyənin "İncirlik” hərbi bazasından havaya qalxan qırıcılar İŞİD mövqelərinə deyil, Ceyş əl-Fəth koalisiyasına daxil olan Ceyş əl-Sünnə qərargahına zərbələr endirib. Nəticədə xeyli mülki vətəndaş həyatını itirib. Yazı müəllifi ehtimal edir ki, bu, yanlışlıqla olmaya da bilər. Onun fikrincə, ABŞ bununla şəraitdən istifadə edərək Türkiyənin Şamın mülayim müxalifəti ilə birləşməsinin qarşısını almağı hədəfləyir. Çünki onun fikrincə, ABŞ qırıcılarına hərbi bazasında yer verən Türkiyə mülki əhalinin öldürülməsində istənilən halda məsuliyyət daşıyır. Sonda müəllif Türkiyənin hələlik məsələyə reaksiya vermədiyinə diqqət çəkir ümumiyyətlə belə bir reaksiyanın olacağına skeptik yanaşır.