Çinin Quandun əyalətində yerləşən Dunquan şəhərində tikilməkdə olan metro stansiyası yerin təkinə gedib. Baki-xeber.com-un Sinxua agentliyinə istinadən xəbərinə görə, faciə baş verən zaman stansiyada yeraltı işlər hayata keçirilirmiş. Dağıntı 300 kvadratmetrdən çox ərazini əhatə edib. Hadisə anında orada olan bir fəhlə dünyasını dəyişib.