ABŞ dövlət katibi Con Kerri Kubaya tarixi səfərə gedir. Səfərdə məqsəd Havanada ölkəsinin yeni açılmış səfirliyinin binası üzərində Amerika bayrağını qaldırmaqdır. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Səfər çərçivəsində Kerrinin Kuba nümayəndələri ilə bir sıra qapalı görüşləri nəzərdə tutulub. Eyni zamanda o, bu ölkənin hüquq müdafiəçilərilə bir sıra məsələləri müzakirə edəcək. ABŞ Dövlət Departamentindən daha əvvəl bildirilib ki, səfər çərçivəsində Kerrinin bu ölkənin baş naziri Raul Kastro və Kuba inqilabının rəhbəri Fidel Kastro ilə görüşləri nəzərdə tutulmur.
Qeyd edək ki, bu, 65 illik fasilədən sonra yüksək amerikalı məmurun Kubaya ilk səfəridir. İki ölkə arasında münasıbətlərdə istiləşmə isə ötən ilin qış aylarında başlayıb.