Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bugünkü telefon görüşməsində BMT-nin himayəsi altında rəsmi Dəməşqlə Suriya müxalifətinin nümayəndələrini danışıqlar masası arxasına oturtmağın mümkünlüyünü müzakirə ediblər. Bu barədə baki-xeber.com Rusiya XİN-in açıqlamasına əsasən bildirir. "Söhbət zamanı Suriyadakı daxili konfliktin çözümü, eyni zamanda, 30 iyun 2012-ci ildə imzalanmış Cenevrə Konvensiyasına əsasən BMT-nin himayəsi altında rəsmi Dəməşqlə Suriya müxalifətini danışıqlar masası arxasına oturtmağın mümkünlüyu müzakirə olunub”- deyə açıqlamada qeyd olunur. Bundan əlavə, Lavrov və Kerri BMT Təhlükəsizlik Şurasının İranla əldə etdiyi razılaşma mövzusunda fikir mübadiləsi aparıb, eyni zamanda, Rusiya – ABŞ ikitərəfli münasibətləri ilə bağlı bir sıra məsələlərə diqqət çəkilib.