Liviyanın Siirt şəhərində "İslam dövləti” terrorçu qruplaşmasının üzvləri ilə sələfilər arasında gedən atışmada artıq azı 46 nəfər həyatını itirib. Baki-xeber.com-un Associated Press agentliyinə istinadən xəbərinə görə, atışmalar avqustun 10-dan etibarən davam edir. Yerli sakinlərin sözlərinə görə, İŞİD Siirtin yaşayiş məntəqələrinə atəş açmaqda davam edir. Təkcə 13 avqust tarixində ölü sayının azı 17 nəfərə çatdığı da gələn xəbərlər sırasındadır. Onlardan 15-i mülki şəxs, 2 nəfəri isə "İslam dövləti”nin komandiri olub. Silahlanmış yerli sakinlərin və sələfilərin İŞİD-in daldalandığı rayonu mühasirəyə aldığı bildirilir.
Siirt sakinlərinin İŞİD-lə mübarizəsi müsəlman müctəhidin terrorçu qruplaşmanın sədaqət andı içməsi tələbinə etirazının ardından onun İŞİD-çilər tərəfindən qətlə yetirilməsilə başlayıb. Siirtin dindar cameəsi bu cinayətə görə terrorçu qruplaşmanı suçlayaraq yerli sakinləri qruplaşmaya qarşı qiyam qaldırmağa səsləyib.
Analoji toqquşmq iyun ayında liviyanın Dərna şəhərində də baş vermişdi. O zaman yerli sakinlər İŞİD qruplaşmasını şəhərdən qovub çıxara bildi. Lakin avqustda qruplaşma yenidən Dərnaya həmlələr etməyə başlayıb.