APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, ümumilikdə 51 partiya illik maliyyə hesabatını təqdim edib. 4 partiya isə illik maliyyə hesabatını təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.