Çad prezidenti İdris Debi Nigeriya ərazisində fəaliyyət göstərən "Boko Haram” terrorçu qruplaşmasının yeni liderinin adını açıqlayıb. Bu barədə baki-xeber.com BBC-yə istinadən xəbər verir. Lakin prezident terrorçuların əvvəlki lideri Əbubəkr Şəkainin başına nə gəldiyindən söz açmayıb. Çad prezidenti onu da deyib ki, yeni lider "dialoqa açıqdır”.
Qeyd edək ki, 8 avqustda Çad gölü ərazisində 40 mindən çox insan "Boko Haram” terrorçu qruplaşmasının yeni hücumlarının qorxusundan evlərini tərk edib.