Avstraliya hökuməti özünün Hərbi Hava Qüvvələriinin Suriya ərazisində İŞİD qüvvələrinə havadan zərbələr endirilməsi əməliyyatında iştirakını ABŞ tərəfi ilə müzakirə etməyə başlayıb. Baki-xeber.com bu barədə Sidney Morning Herald nəşrinə istinadən xəbər verir. Bundan əvvəl Avstraliya qırıcıları yalnız İraqdakı yaraqlıların mövqelərinə hava zərbələri endirib. Qeyd edək ki, ötən il Avstraliya İraqa 600 hərbçi göndərib ki, onlardan 400 nəfəri hərbi aviasiya üzrə mütəxəssis, 200 nəfəri isə xüsusi təyinatlı hərbçi olub.
24 yul tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Hərbi Hava Qüvvələrinin İŞİD mövqelərinə hücumlar təşkil etməsi üçün ölkənin "İncirlik” hərbi bazasından istifadəsinə razılıq verib. Buradan Suriya yaraqlılarına ilk həmlə 24 iyul tarixində gerçəkləşdirilib.