Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistan saytlarında Azərbaycanın guya iki uğursuz diversiya əməliyyatı keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, ermənilər dezinformasiya yayırlar: "Bizim bəzi KİV-lər də mahiyyətinə varmadan həmin məlumatlardan olduğu kimi istifadə edirlər”.