Dünən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Moskvada XİN başçısı Sergey Lavrovla görüşüb. Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, tərəflər arasında Yaxın Şərqdəki vəziyyət, Suriyanın terrorçu qruplar, özəlliklə də "İslam dövləti” qruplaşmasi ilə mübarizəsinin çözüm yolları müzakirə olunub. Eyni zamanda, səudiyyəli nazir Ər-Riyadın Moskvadan silah, o cümlədən operativ-taktiki "İsgəndər” silahları almaq niyyətini açıqlayıb.
"Səudiyyə Ərəbistanı Rusiya ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığın inkişafında maraqlıdır”- deyə əl-Cübeyr görüş sonrası jurnalistlərüçün təşkil olunan mətbuat konfransında bildirib.
Qeyd edək ki, Rusiya Səudiyyə Ərəbistanının prezidenti Bəşər Əsədi müdafiə edir, Ər-Riyad isə onun istefasında maraqlıdır.