Baki-xeber.com-un Интерфакс-a istinadən xəbərinə görə, Misirdə kəskin istilər səbəbindən 40 nəfərdən artıq insan dünyasını dəyişib. Onlardan 26-sı paytaxt Qahirənin sakinləri olub. Ölkənin sahiyyə nazirliyinin məlumatına görə, həftənin əvvəlində temperatur 40 dərəcəni keçib. Həmin günlərdə ölənlərin sayı 19-a çatıb. Ötən bazar gününə qədər isə isti hava qurbanlarının sayı 21 nəfər təşkil edib. Nazirliyin açıqlamasında o da bildirilir ki, istidən əziyyət çəkənlər daha çox yaşlı insanlardır.