Məşhur Vikiliks saytının qurucusu yeni sirrin – Transatlantik razılaşmanın açıqlanması üçün ona 100 min dollar lazım olduğunu açıqlayıb. Bu məqsədlə artıq pul yığmağa başladığını deyən Assanj pulun Avropa İttifaqı ilə ABŞ arasında barəsində məxfi danışıqlar gedən Transatlantik ticari-investisiya tərəfdaşlığı ilə bağlı razılaşmanı ilk dəfə bəyan edəcək şəxsə mükafat olaraq veriləcəyini bildirir.
Assanjın fikrincə, sözügedən razılaşma Avropa demokratiyasının üzərinə kölgə salır. "Bu örtük altında bu yaxınlarda Yunanıstana münasıbətdə həyata keçirilən maliyyə çöküşü qismində xüsusi maraqların ortaya çıxması mümkündür”- deyə Assanj bildirib. Onun fikrincə, həmin razılaşma hər bir avropalının həyatında neqativ iz qoyacaq və Avropanı Asiya ilə uzunmüddətli konfliktə sürükləyəcək.
Culian Assanj artıq 3 ildir ki, Ekvadorun Londondakı səfirliyində yaşayır. Burada o, İsveçin təqibindən qorunur. Ölkəsində onu seksual təcavüzdə suçlasalar da, Assanj əmindir ki, ifşaedici saytın rəhbəri olduğu üçün təqiblərə məruz qalır və ortaya çıxarsa, onun ABŞ-a təslim edilməsi an məsələsidir. Vaşinqton onu Dövlət Departamenti əməkdaşlarının yazışmalarını ictimailəşdirdiyi üçün məhkəmə qarşısına çıxarmaq istəyir.
Baki-xeber.com