ATƏT-in Donbasdakı müşahidə missiyasının üzvləri bu gün yenə atəş altına düşüblər. Baki-xeber.com-un xəbərinə görə, bu barədə təşkilatın fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin bəyanatında deyilir. O bir daha tərəfləri Xüsusi monitorinq missiyasının işinə əngəl törətməməyə çağırıb və ATƏT missiyasının avtomobillərinin Donetskdə yandırılmasını qınayıb. "Təhlükəsizlik və hərəkət azadlığı missiyanın fəaliyyətini davam etdirməsi üçün önəmli məsələdir. Mən qəti şəkildə bir daha müşahidəçilərin işinə əngəl törədən istənilən insidenti qınayıram”.
Daçiç həmçinin tələb edib ki, konflikt tərəfləri "xüsusi missiyanın toxunulmazlığını” təmin etsin.