Dərbənd meri İmam Yarəliyev tutduğu vəzifədən istefa verib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən məlumat verir. İstefanın səbəbi hələlik bəlli deyil. "Bu barədə rəsmi açıqlama olacaq”- deyə agentliyin sorğusuna cavabda bildirilib.
Qeyd edək ki, daha əvvəl mer barəsində federal torpaqların bölüşdürülməsi zamanı səlahiyyət həddinin aşılması maddəsi ilə cinayət işi açılmış, bu il yanvarın ortalarında meriyada axtarış aparılmışdı. Axtarışın "torpaq sənədləri” ilə bağlı olduğu bildirilirdi.