Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Prezidentin jurnalistin qətlinin araşdırılmasını şəxsi nəzarətə götürməsi geniş dəstək reaksiyaları doğurdu
Tarix: 11.08.2015 / 03:56
Bölmə: Gündəm
"Prezident dəfələrlə, ən kritik anlarda jurnalistikaya dəstəyini ifadə edib"
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev avqustun 8-də "Ann.az" saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. "Trend"in məlumatına görə, Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.
Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin başvermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.
Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib.
"Prezident dəfələrlə, ən kritik anlarda jurnalistikaya dəstəyini ifadə edib"
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Bakı-Xəbər"ə bildirdi ki, baş verən hadisə bütün cəmiyyəti narahat edib: "Azərbaycan Prezidentinin məsələyə münasibət bildirməsi dövlətin medianın keşiyində olduğunu bir daha sübut etdi. Cənab Prezident dəfələrlə, ən kritik anlarda jurnalistikaya dəstəyini ifadə edib. Biz bu dəfə də bunun şahidi olduq. Ümid edirik ki, həmkarımızın ölümü ilə bağlı araşdırmanın Prezidentin şəxsi nəzarətinə götürməsi bu işdə olan bütün vacib detalların açılmasına və günahkarların layiqli cəzalandırılmasına köməklik edəcək".
"Prezident bir daha sübut etdi ki..."
Media eksperti Yadigar Məmmədli də "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, cənab Prezidentin bu münasibəti onları tam qane edir: "Bu cür məsələlərlə bağlı biz fikir vermişik ki, İlham Əliyev daim bizim yanımızda olub. Jurnalistika bir qədər populyar sahədir. Ona görə də burada baş verənlərə reaksiya fərqli olur. Rasim Əliyevin ölümü bizi və bütün cəmiyyəti çox kədərləndirdi. Cənab Prezident də dövlətin adından öz narahatlığını bildirdi. Prezident bir daha sübut etdi ki, ən kritik anlarda jurnalistlərin yanında olur. Biz bunu istər həmkarlarımızın ağır durumu ilə bağlı müalicə məsələlərində, istərsə də digər istiqamətlərdə görmüşük. Prezident məsələni şəxsi nəzarətinə götürübsə, deməli, günahkarlar tez bir zamanda layiqli cəzalarını alacaq".
"Cənab İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb"
Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktının ölkədə söz və məlumat azadlığına təhdid kimi qiymətləndirməsi, KİV azadlığı prinsipinin pozulmasının dövlətin maraqlarına zidd olması barədə söylədiyi fikrə münasibət bildirən millət vəkili Xanhüseyn Kazımlı isə "Trend"ə açıqlamasında bildirib ki, bu gün Azərbaycanda demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi dövlətin həqiqətən də əsas prioritet məqsədlərindən biridir.
X.Kazımlı qeyd edib ki, artıq hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində günahkarların öz layiqli cəzasını alacağına inandığını deyən deputatın sözlərinə görə, Prezident İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb.
X.Kazımlı vurğulayıb ki, bu il Azərbaycanda Milli Mətbuatın 140 illiyinin dövlət səviyyəsində keçirilməsi, bir çox jurnalistlərin mükafatlandırılması Azərbaycan Prezidentinin KİV-ə xüsusi qayğı göstərdiyini bir daha sübut etdi: "Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu elan edilib. Həqiqətən də Prezident İlham Əliyev jurnalistlərin dostudur. Prezident bu gün jurnalistlərə münbit şəraitin yaradılması üçün dövlətdən nə asılıdırsa, hamısını edib və yenə də edir".
"Prezident bu məsələyə öz qətiyyətli mövqeyini bildirib"
Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə APA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Rasim Əliyevlə bağlı hadisəyə münasibəti qətiyyətli və prinsipial mövqedir. Bu mövqe cənab Prezident tərəfindən ölkədə söz və mətbuat azadlığının təmin olunması sahəsində görülən konkret işlərin davamıdır.
Baş redaktor deyib ki, ölkədə faciə baş verib: "Cavan insan fiziki təzyiqlərə məruz qalıb və sonradan dünyasını dəyişib. Bu, birmənalı cinayət hadisəsidir. Azərbaycan iqtidarı da cinayətdə əli olanların tapılıb cəzalandırılması üçün lazımi addımları atır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı münasibətində sosial şəbəkədəki fikir plüralizminə də Azərbaycandakı söz və mətbuat azadlığının tərkib hissəsi kimi baxdığını xüsusi vurğulayıb. Cənab Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, azad internet olduğu yerdə söz azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Bu mənada sosial şəbəkədə yazdığı fikrə görə jurnalist zorakılığa məruz qalıbsa, bu da müəyyən mənada söz azadlığına təhdid kimi səslənə bilər. Ona görə də Prezident bu məsələyə öz qətiyyətli mövqeyini bildirib. Bir daha belə bir hadisənin baş verməməsi üçün bu hadisəni törədənlər hüquqi qaydada öz cəzalarını alacaq".
B.Sadıqovun sözlərinə görə, R.Əliyevin cinayət hadisəsinə Azərbaycan dövlətinin mövqeyi kifayət qədər aydındır: "Rasim Əliyevin valideynləri də həqiqəti bilir. İndi bunu ayrı cür mənalandırmaq ölən insanın ruhuna narahatlıq gətirir. Mən hər xırda hadisədən istifadə edib öz dövlətinin imicinə ziyan vurmaq istəyənlərin hərəkətini anormallıq hesab edirəm".
"Biz bunu gözləyirdik"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Prezident İlham Əliyevin jurnalistin ölüm işinin araşdırılmasını nəzarətə götürməsindən məmnunluğunu ifadə edib: "Biz bunu gözləyirdik. Prezidentin sözləri söz və mətbuat azadlığı ilə bağlı gözlənən standartlar çərçivəsindədir. Buna görə də mən çox məmnunam. Ümid edirəm ki, Prezidentin məsələyə ən yüksək səviyyədə münasibəti baş verən qətl hadisəsinin tam açılması və təqsirkarların bütünlüklə cəzalandırılması nəticəsini ortaya qoyacaq".
R.Əliyev eyni zamanda Rasim Əliyevin ölümünün Elmar Hüseynov və Rafiq Tağının qətlləri ilə eyniləşdirilməsini düzgün hesab etməyib: "Burada məsələ kifayət qədər aydındır, Rasim Əliyevi qətlə yetirməkdə şübhəli bilinənlər də bəllidir. Bu cinayət "facebook"da yazılan statusa görə baş verib və çox təəssüf ki, həyatını itirən tərəf jurnalist olub. Biz buna görə çox üzülürük. Səbəbkarların cəzalandırılmasını sona qədər tələb edəcəyik".
"Bu qarant eyni zamanda jurnalistlərin bundan sonrakı fəaliyyətinə dəstək olacaq"
"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Prezident İlham Əliyevin hadisəyə münasibəti onun üçün də gözlənilən olub: "Azərbaycan Prezidenti indiyə qədər media orqanları, həmçinin jurnalistlərə, onların fəaliyyəti və səhhəti ilə bağlı olan bütün məsələlərə həssas yanaşıb, müraciətləri müsbət cavablandırıb. Elə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə sonuncu görüşündə də Prezident medianın onun ən yaxşı yardımçılarından biri olduğunu, medianın azad fəaliyyətinə xüsusi önəm verdiyini vurğulamışdı".
V.Mahirqızı deyib ki, Prezident İlham Əliyevin hadisəyə münasibətində bundan sonra da xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirməsi cəmiyyətin bütün təbəqələrinə mesajdır: "Bu qarant eyni zamanda jurnalistlərin bundan sonrakı fəaliyyətinə dəstək olacaq".
V.Mahirqızı qeyd edib ki, baş verən hadisə hamını sarsıdıb: "Jurnalistlər isə daha çox sarsılıb. Cəmiyyətdə belə hadisənin baş verməsinin sarsıntısı ilə yanaşı, jurnalist həmkarımızı itirməyin ağrısı da var. Mən tezliklə hüquq-mühafizə orqanlarının günahkarları cəzalandırması barədə açıqlamaları ilə tanış olacağımıza inanıram. Eyni zamanda, biz bu hadisədən nəticə çıxarıb həm media, həm də ailə və təhsil institutlarımızda dözümlülük, ictimai davranış qaydaları ilə bağlı yorulmadan təbliğat aparmalıyıq".
"...mütləq surətdə cəzalarını alacaqlar"
"Jurnalist Rasim Əliyevin döyülərək dünyasını dəyişməsinin baiskarları mütləq surətdə cəzalarını alacaqlar. Bunun yaxın günlərdə şahidi olacağıq. Həmin istiqamətdə müvafiq qurumlara göstərişlər verilib. Jurnalistin ölümündə təqsiri olanların tapılması ölkə rəhbərinin şəxsi nəzarəti altında davam etdirilir". Bunu isə Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya deyib. Ə.Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevin jurnalist R.Əliyevin ölümü ilə bağlı məsələyə yanaşmasını yüksək qiymətləndirib: "Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir".
Şura sədri qeyd edib ki, Azərbaycan Prezidentinin məsələyə münasibəti həm də cəmiyyətə azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmaq çağırışıdır:
"Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq bu prinsipin qorunması hər bir şəxsin ümdə vəzifəsi olmalıdır. Cənab Prezident bununla bir daha göstərdi ki, jurnalistlərin yaxın dostudur və həmişə, hər zaman həmkarlarımızın yanındadır".
"Prezidentin reaksiyası özünü çox gözlətmədi"
Millət vəkili Bəxtiyar Əliyev isə "Trend"ə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə götürməsi təqdirəlayiq haldır.
Prezident İlham Əliyevin həm Azərbaycanda baş verən hadisələri, həm də dünya gündəmini çox diqqətlə izlədiyini deyən deputat hesab edir ki, dövlət başçısının aparılan araşdırmaları şəxsi nəzarətinə götürməsi onun jurnalistlərə diqqətini bir daha sübut edir: "Dövlət başçısı bütün çıxışlarında qeyd edib ki, bütün azərbaycanlıların haqqının-hüququnun müdafiəçısı, qarantıdır. Bu hadisədə də Prezidentin reaksiyası özünü çox gözlətmədi. Əminəm ki, jurnalistin öldürülməsi ilə bağlı məsələ obyektiv araşdırılacaq".
Jurnalist R.Əliyevin öldürülməsinə təəssüfləndiyini deyən millət vəkili hadisəni məişət zəminində baş verən bir olay kimi qiymətləndirib.
Millət vəkili çox təəssüf hissilə jurnalistin yaxınlarına baş sağlığı verdiyini deyib: "Bu bir gözlənilməz hadisədir. Azərbaycanda söz azadlığı qorunur və bunun üçün bütün imkanlar yaradılır. Qanunlarımız imkan verir ki, jurnalistlər bütün məsələlərə öz münasibətlərini bildirsinlər. Hadisənin baş verməsi, düşünmürəm ki, jurnalistin bilavasitə fəaliyyəti ilə bağlıdır. İnsanlar arasında münasibətlər göstərir ki, məsələləri belə araşdırmaq olmaz. Bəzən də bu cür münasibətlər bizi üzən belə hadisələrə gətirib çıxara bilər. Ona görə də insanlar etdikləri hərəkətləri düşünməli və öz məsuliyyətlərini dərk etməlidirlər. İnsan həyatından dəyərli heç nə ola bilməz".
"Prezident İlham Əliyevin jurnalistin ölümü faktına verdiyi reaksiya qiymətləndirilməlidir"
"Jurnalist Rasim Əliyevin döyülməsi və aldığı xəsarətlərdən ölməsi faktı hər bir insanı sarsıdır. Cənab Prezidentin bu fakta verdiyi reaksiya da başadüşüləndir və qiymətləndirilməlidir. Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti jurnalistlərə qayğı və diqqətini əsirgəmir". Bunu "Trend"ə Milli Məclisin deputatı Tahir Rzayev Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktının ölkədə söz və məlumat azadlığına təhdid kimi qiymətləndirilməsi, KİV azadlığı prinsipinin pozulmasının dövlətin maraqlarına zidd olması barədə söylədiyi fikrə münasibət bildirərkən deyib.
T.Rzayev əlavə edib ki, belə bir hərəkət, jurnalistlərə qarşı təqib və təhqirlərin olması yolverilməzdir, demokratik ölkədə heç vaxt azad sözə, mətbuata qarşı belə hallara yol verilməməlidir: "Cənab Prezidentin bu fakta verdiyi reaksiya da bir daha göstərir ki, Azərbaycan Prezidenti jurnalistlərin hüquqlarını müdafiə etməyə hazırdır".
T.Rzayev bildirib ki, İlham Əliyevin jurnalistlərə göstərdiyi qayğı və diqqət çox yüksək və təqdirəlayiqdir.
Deputatın sözlərinə görə, İ.Əliyev hakimiyyətə gəldiyi ilk illərdən jurnalistlərlə birgə işləməyi, real hadisələrə, həqiqətə, sözə mühüm yer verməyi öz fəaliyyətinin əsas istiqaməti hesab edir: "Bu baxımdan Prezident İ.Əliyev həmişə jurnalistlərin əməyini qiymətləndirib, onları diqqət mərkəzində saxlayıb".
T.Rzayev bildirib ki, son illər jurnalistlərə göstərilən qayğı və diqqət, onların mənzillərlə təmin edilməsi, jurnalistlərə adların verilməsi, onlara müxtəlif orden və medalların təqdim edilməsi, jurnalistlərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsinin aparılması azad mətbuata və sözə verilən bir qiymətdir.
Məhəmmədəli QƏRİBLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdi?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ