İstanbulun Sultanbeyli məhəlləsində bombalı hücumun ardından çıxan atışmada öldürülən terrorçulardan birinin PKK üzvü olduğu ortaya çıxıb. Baki-xeber.com-un yerli KİV-ə istinadən xəbərinə görə, İstanbul Terrorla Mücadilə şöbə Müdiliyində bomba yüklü avtomobil zərərzisləşdiriləndən sonra polislə çıxan atışmada öldürülən iki terroristin kimliyinin təsbit olunması yönündə araşdırmalar davam edir. Araşdırmalar nəticəsində onların hər ikisinin saxta kimlik daşıdığı ortaya çıxıb. "Mehmet Gül” saxta kimliyini daşıyan şəxsin 1990-cı il təvəllüdlü Bingöl qeydiyyatlı Burak Bogakhan olduğu təsbit edilib. Onun 2009-ğu ildə terror düşərgəsində təlim keçdiyi bildirilir. Atışmada ölən və üzərindən saxta kimlik çıxan digər terrorçunun və bombalı avtomobili sürən, partlayış zamanı bədəni parçalanan üçüncü şəxsin kimliyi isə hələ araşdırılır.
Xatırladaq ki, dünən Sultanbeylidəki Fatih Polis Mərkəzinə bombalı avtomobillə hücum həyata keçirilmiş, ardınca polislə terrorçular arasında atışma yaşanmışdı. Bombalı hücum zamanı bir bir terrorist ölmüş, bir komissar yardımçısı, iki polis məmuru və yeddi vətəndaş yaralanmışdı. Atışmada isə iki terrorist oldürülmüş, Bomba zərərsizləşdirmə şöbə müdiri Bəyazit Çekən şehid olmuşdu.