"Jurnalist Rasim Əliyevin döyülərək dünyasını dəyişməsinin baiskarları mütləq surətdə cəzalarını alacaqlar. Bunun yaxın günlərdə şahidi olacağıq. Həmin istiqamətdə müvafiq qurumlara göstərişlər verilib. Jurnalistin ölümündə təqsiri olanların tapılması ölkə rəhbərinin şəxsi nəzarəti altında davam etdirilir”. Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevin jurnalist R. Əliyevin ölümü ilə bağlı məsələyə yanaşmasını yüksək qiymətləndirib: "Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir”.