Cümə axşamı günü, 05 noyabr 2026
     

Media rəhbərləri: "Prezidentin bu mesajı jurnalistlərin bundan sonrakı fəaliyyətində dəstək olacaq"

Image


"Prezident İlham Əliyevin Rasim Əliyevlə bağlı hadisəyə münasibəti qətiyyətli və prinsipial mövqedir. Bu mövqe cənab prezident tərəfindən ölkədə söz və mətbuat azadlığının təmin olunması sahəsində görülən konkret işlərin davamıdır". Bunu APA-ya açıqlamasında millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

Baş redaktor deyib ki, faciə baş verib: "Cavan insan fiziki təzyiqlərə məruz qalıb və sonradan dünyasını dəyişib. Bu, birmənalı cinayət hadisəsidir. Azərbaycan iqtidarı da cinayətdə əli olanların tapılıb cəzalandırılması üçün lazımi addımları atır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı münasibətində sosial şəbəkədəki fikir plüralizminə də Azərbaycandakı söz və mətbuat azadlığının tərkib hissəsi kimi baxdığını xüsusi vurğulayıb. Cənab prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, azad internet olduğu yerdə söz azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Bu mənada sosial şəbəkədə yazdığı fikrə görə jurnalist zorakılığa məruz qalıbsa, bu da müəyyən mənada söz azadlığına təhdid kimi səslənə bilər. Ona görə də prezident bu məsələyə öz qətiyyətli mövqeyini bildirib. Bir daha belə bir hadisənin baş verməməsi üçün bu hadisəni törədənlər hüquqi qaydada öz cəzalarını alacaqlar”.

B. Sadıqov R. Əliyevin cinayət hadisəsinə Azərbaycan dövlətinin mövqeyi kifayət qədər aydındır: "Rasim Əliyevin valideynləri də həqiqəti bilir. İndi bunu ayrı cür mənalandırmaq ölən insanın ruhuna narahatlıq gətirir. Mən həm də hər xırda hadisədən istifadə edib öz dövlətinin imicinə ziyan vurmaq istəyənlərin hərəkətini anormallıq hesab edirəm".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da prezident İlham Əliyevin jurnalistin vəfatının araşdırılmasını nəzarətə götürməsindən məmnunluğunu ifadə edib: "Biz bunu gözləyirdik. Prezidentin sözləri söz və mətbuat azadlığı ilə bağlı gözlənən standartlar çərçivəsindədir. Buna görə də mən çox məmnunam. Ümid edirəm ki, prezidentin məsələyə ən yüksək səviyyədə münasibəti baş verən qətl hadisəsinin tam açılması və təqsirkarların bütünlüklə cəzalandırılması nəticəsini ortaya qoyacaq ”.

R. Əliyev eyni zamanda Rasim Əliyevin ölümünün Elmar Hüseynov və Rafiq Tağının qətlləri ilə eyniləşdirilməsini düzgün hesab etməyib: " Burada məsələ kifayət qədər aydındır, Rasim Əliyevi qətlə yetirməkdə şübhəli bilinənlər də bəllidir. Bu cinayət "facebook”da yazılan statusa görə baş verib və çox təəssüf ki, həyatını itirən tərəf jurnalist olub. Biz buna görə çox üzülürük. Səbəbkarların cəzalandırılmasını sona qədər tələb edəcəyik”.

"APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, prezident İlham Əliyevin hadisəyə münasibəti onun üçün də gözlənilən olub: "Azərbaycan prezidenti indiyə qədər media orqanları, həmçinin jurnalistlərlə, onların fəaliyyəti və səhhətləri ilə bağlı olan bütün məsələlərə həssas yanaşıb, müraciətləri müsbət cavablandırıb. Elə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə sonuncu görüşündə də prezident medianın onun ən yaxşı yardımçılarından biri olduğunu, medianın azad fəaliyyətinə xüsusi önəm verdiyini vurğulamışdı".

V. Mahirqızı deyib ki, prezident İlham Əliyevin hadisəyə münasibətində bundan sonra da xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirməsi cəmiyyətin bütün təbəqələrinə mesajdır: " Bu qarant eyni zamanda jurnalistlərin bundan sonrakı fəaliyyətinə dəstək olacaq".

V. Mahirqızı qeyd edib ki, baş verən hadisə hamını sarsıdıb: " Jurnalistlər isə daha çox sarsılıblar. Cəmiyyətdə belə hadisənin baş verməsinin sarsıntısı ilə yanaşı jurnalist həmkarımızı itirməyin ağrısı da var. Mən tezliklə hüquq-mühafizə orqanlarının günahkarları cəzalandırması barədə açıqlamaları ilə tanış olacağımıza inanıram. Eyni zamanda biz bu hadisədən nəticə çıxarıb, həm media, həm də ailə və təhsil institutlarımızda dözümlülük, ictimai davranış qaydaları ilə bağlı yorulmadan təbliğat aparmalıyıq".

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də prezident İlham Əliyevin məsələyə münasibətini ümumilikdə mediaya, azad sözə verilən qiymətin göstəricisi hesab edir: "Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının problemlərinə diqqətlə yanaşıb və jurnalistlərlə bağlı məsələlərdə xüsusi həssaslıq nümayiş etdirib. Bu bir daha cənab prezidentin mediaya, azad sözə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirilməlidir. Baş verən hadisə şübhəsiz ki, üzücüdür. Amma bu kriminal, cinayət xarakterli hadisədir. Hesab edirəm ki, Azərbaycan mətbuatı, bütövlükdə vətəndaşlarımız da baş verən hadisədən nəticə çıxartmalıdırlar”.

Qeyd edək ki, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist R. Əliyev daxili qanaxma nəticəsində dünyasını dəyişib. R. Əliyev ölümündən öncə onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi "Facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib. R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub.

Azərbaycan prezidenti İlham Əliyev bu gün hadisədən ciddi narahat olduğunu bildirib, bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”.

Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.

"Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb. Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib”,

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun R. Əliyevin ölümü ilə bağlı birgə məlumatında qeyd olunub ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ