NATO baş katibinin təcavüzə görə Trampı təbrik etməsi İranı qəzəbləndirdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi NATO-nun baş katibi Mark Rutteni ABŞ prezidentini ABŞ-ın İrana qarşı son hərbi təcavüzü münasibətilə təbrik etdiyinə görə tənqid edib:-"NATO-nun baş katibinin suveren bir dövlətə qarşı cinayətkar təcavüz aktını təbrik etməsi utanc verici, alçaq və məsuliyyətsizlikdir. Haqsızlığı təsdiqləyən hər kəs dürüstlükdən məhrumdur. Cinayəti dəstəkləyən isə həmin cinayətin ortağı sayılır", - deyə Baqai sosial şəbəkədə yazıb.
Bundan əvvəl media NATO-nun Haaqa sammiti zamanı NATO baş katibinin ABŞ prezidentinə yaltaqlanmaq cəhdlərinə diqqət çəkib. Belə ki, Rutte Trampı İran ərazisinə endirilən zərbələrə görə təbrik edib, həmçinin İran və İsrail arasındakı münaqişə ilə bağlı son dərəcə qəribə “zarafat” edib, ABŞ prezidentini “bəzən sərt ifadələr seçməli olan” “ata” adlandırıb.
Surxay Əliyev