Yanlış həyacan səsi ilə İsraildə camaatı ayağa qaldırdılar

İsrail Müdafiə Qüvvələri İranla atəşkəsdən sonra bu gün ictimaiyyətdə qısa çaxnaşmaya səbəb olan yanlış həyəcan bildirişi göndərilib. Vətəndaşların mobil telefonlarına göndərilən fövqəladə hallar barədə xəbərdarlıq mesajında bu ifadələr yer alıb: "Bir neçə dəqiqədən sonra sirenlərin səslənməsi gözlənilir. Dərhal ən yaxın sığınacağa gedin və növbəti xəbərdarlığa qədər oradan çıxmayın". Lakin tezliklə məlum olub ki, həyəcan siqnalı real deyil. İsrail Müdafiə Qüvvələrindən verilən rəsmi açıqlamada, sözügedən bildirişin daxili sistemlərdəki texniki nasazlıq səbəbindən səhvən göndərildiyi bildirilib. Açıqlamada deyilir: "Təhlükəsizliyə təhlükə yaradan heç bir vəziyyət yoxdur. Sistem xətası ilə bağlı texniki araşdırmalar davam edir."
Surxay Əliyev