Tramp: İran–İsrail müharibəsinin sonu hamı üçün qələbədir

ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında baş vermiş qısa, lakin şiddətli müharibənin sona çatdığını elan edib. baki-xeber.com- un məlumatına görə o , ABŞ-ın İrandakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi hava zərbələrinin bu münaqişəyə son qoyduğunu bildirib. Tramp NATO sammitində iştirak etmək üçün Haaqa şəhərində olarkən jurnalistlərə verdiyi açıqlamada bu addımı “hamı üçün qələbə” adlandırıb. ABŞ-ın İsrailə dəstək verməklə yanaşı, İranın nüvə infrastrukturuna qarşı “yeraltı bunkerləri deşən” bombalarla hücum etdiyini qeyd edən Tramp, “Çox sərt idi. Bu, tamamilə məhvetmə idi,” – deyə bildirib.
ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin ilkin hesabatına görə, İranın nüvə silahı istehsalı yolunda irəliləyişi yalnız bir neçə ay geriyə atıla bilib. Lakin Tramp bu qiymətləndirməni “qeyri-müəyyən” adlandırıb və əminliklə obyektlərin “tamamilə məhv edildiyini” vurğulayıb. O, həmçinin bildirib ki, İran hal-hazırda zənginləşdirmə işlərini dayandırıb və müharibənin yaratdığı dağıntılardan sonra əsas məqsədləri bərpa prosesidir. Prezident, əgər Tehran yenidən nüvə proqramını canlandırmağa cəhd etsə, buna imkan verilməyəcəyini də açıq şəkildə bildirib. Tramp gələcəkdə ABŞ və İran arasında müəyyən münasibətlərin formalaşa biləcəyini istisna etməyib. İran Prezidenti isə müharibənin ölkə daxilində islahatlara təkan verə biləcəyini deyib. Onun sözlərinə görə, münaqişə İranın daxili siyasətində dönüş nöqtəsi ola bilər.
Nərgiz Qəhrəmanova
Azərbaycan Universiteti, Humanitar və Sosial Elmlər fakültəsinin I kurs tələbəs