Cümə axşamı günü, 13 avqust 2026
     

Vüqar Rəhimzadə: 107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası, Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəlməsi dayanır

Image


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. 107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, azad Qarabağın, azad Şərqi Zəngəzurun dirçəlməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə yazdığı şanlı tarix onun gücünün, qüdrətinin, döyüş ruhunun təqdimatı oldu. Bu gün qürurla qeyd edirik ki, düyanın ən güclü ordularından biri Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan havadarlarının dəstəyinə arxalanaraq belə bir mif yaratmışdı ki, guya ən güclü ordu onlara məxsusdur. Tarixi Zəfərimiz bu mifi tamamilə dağıtdı. Amma onu da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər ordumuz Ermənistan silahlı qüvvələrinə dəfələrlə dərs verib, hansı gücə malik olduğunu təsdiqləmişdi. 2016-cı ilin Aprel döyüşlərində uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, xalqımızın qələbə arzusu çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. 10 dekabr 2020-ci il tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyinə həsr edilən paradda əminliklə söylədiyi çağırışa yönəldərək bildirdi ki, demişdim gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusunun 107 ildə keçdiyi yola nəzər salmaq bir tələb kimi qarşımızda dayanır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Müasir milli ordunun yaradılması isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlandı. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu var. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərdilər. Müstəqilliyimizin bərpasının ilk illərində nizami ordudan danışmaq mümkün deyildi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm addımları ilə yeni mərhələnin əsasını qoydu. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Milli Məclisin deputatı qeyd edib ki, ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması prioritet məsələ kimi öndə dayandı. Belə ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Vüqar Rəhimzadə bildirib ki, ordu quruculuğu prosesi son 21 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda müasir hərbi- sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrə ayrılan büdcə vəsaitinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların tərkib hissəsidir. Dövlətimizin başçısının göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Millət vəkili vurğulayıb ki, ordu quruculuğunda görülən işləri, qazanılan nəticələri bir yazıda tam əhatə etmək mümkün deyil. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürurlu, alnı açıq, üzü ağ olmasını şərtləndirən tarixi Zəfərimiz, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın artıq qalib, bütövləşən, yeni Azərbaycan kimi təqdim olunması bu günədək görülən işlərin aydın mənzərəsini yaradır. XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. Vətən müharibəsində 3000-dən çox əsgər və zabitimiz torpaqlarımızın azad edilməsi uğrunda şəhid oldu. Onların ruhu qarşısında baş əyirik. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı sərəncamlar imzaladı. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, komando bölmələri yaradılır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması da əsas hədəflərdəndir. Bu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Prezident İlham Əliyevin ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Millət vəkili belə bir ümumiləşdirmə aparıb ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ordumuzun gücü, peşəkarlığı, döyüş ruhu ilə yanaşı, Prezident-Xalq-Ordu birliyini, həmrəyliyini beynəlxalq aləmə nümayiş etdirdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təcəssümüdür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ