Abbas Araqçi bu gün avropalı nazirlərlə görüşəcək

Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri bu gün Cenevrədə iranlı həmkarları Abbas Araqçi ilə danışıq aparacaqlar. Görüşün əsas məqsədi İsrail və İran arasındakı gərginliyi azaltmaq və qarşıdurmaya diplomatik həll yolu tapmaqdır.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın da görüşdə iştirakı gözlənilir. Fransanın xarici işlər naziri Jan Noel Barro bildirib ki, danışıqlar İranın nüvə və ballistik raket proqramlarının davamlı şəkildə məhdudlaşdırılması məqsədi daşıyır.
Mətləb