Bazar günü günü, 11 oktyabr 2026
     

Ağ Evdə birinci kürsüyə sahiblənməyin son yaş həddi neçədir?

Image


ABŞ prezidenti Co Baydenin ifrat qəribəlikləri 7-dən 77-yə heç kimə sirr deyil və mütəmadi şəkildə dövri mətbuatda tirajlanır, müzakirə olunur. Nəzərə alsaq ki, adamın 81 yaşı var, zehni və fizioloji cəhətdən yorğundur, eləcə də 1973-cü ildə həyat yoldaşını və bir övladını avtomobil qəzasında, digərini isə xəstəlikdən itirdiyindən psixoloji sarsıntı izləri daşıması mümkündür. Burada qeyri-adi, həm də lağ, istehza, sarkazm obyektinə çevriləsi heç nə yoxdur, hələ üstəlik, qoca kişiyə qarşı belə mövqe və ələsalmalar da qeyri-etik sayılaraq qınanmalıdır. 

Amma ciddi narahatlıq, təhlükə törədən tamamilə başqa bir əsas məqam var – hərəkətləri ilə dünyanı şoka salan, kütlələri özünə güldürən şəxs ABŞ-nin rəhbəridir, 3 ildən çoxdur ki, superdövlətin birinci krelosunda ya seçki ilə əyləşib, ya da otuzdurulub, bu, başqa söhbətin mövzusudur. Deməli, hər hansı yanlışlığı öz ölkəsinə, xalqına, qitəyə, planetə, bəşəriyyətə böyük fəlakətlər gətirə bilər.  Və sözügedən istiqamətdə beynəlxalq həyəcanı ən çox və israrla körükləyən birinci şəxsin yanında daşınan "nüvə çemodanı"dır. Məsələ ondadır ki, ABŞ prezidenti elə həmin mövzuda Koloradodakı çıxışı ilə gündəmdədir – öncəkilərdən fərqli, heç də dodaq qaçırmayan dağıdıcı zarafatı eşidənləri dəhşətə gətirib. 

Co Bayden ştatdakı külək turbinləri zavoduna baş çəkib, müxtəlif açıqlamalarla çıxış edib və yenidən səhvlərə yol verib. Ən əvvəl nüvə silahını işə salmaq bacarığı ilə öyünərək hər kəsi heyrətləndirib, müəssisədəki işçilərlə danışarkən yanındakı nüvə çantalı hərbçiyə işarə ilə "Bax o, dünyanı havaya uçuran koda sahibdir" söyləyib. Daha sonra keçmiş prezident Donald Trampı "konqresmen" adlandırıb və indiki Çin və Cənubi Koreya liderlərinin adlarını unudub.

Xatırladaq ki, o, hazırkı qəribəliklər və anlaşılmazlıqlar seriyasını nisbətən daha "sivil" formada gəncliyində də oynayıb. 1988-ci ildə keçirilən prezident seçkilərinə demokrat namizəd olaraq qatılmış və xalqın rəğbətini qazana bilmişdi. Seçilsəydi, ölkə tarixində Con Kennedidən  sonra ikinci ən gənc prezident olacaqdı. Amma avqust ayında etdiyi çıxışda ingilis siyasətçi Nil Kinnokun sözlərini oğurlamaqda suçlandı. Həmin və digər ittihamlardan əlavə, universitet illərindəki bəzi xoşagəlməz işlərinin də üstü açıldı. Beləliklə, 23 sentyabr 1987-ci ildə seçkilərdən namizədliyini geri çəkdi. 20 yanvar 2021-ci ildən ABŞ-nin 46-cı prezidenti olaraq fəaliyyətə başlayıb. 78 yaşında bu vəzifəyə seçilən Bayden ən yaşlı prezident və həmçinin Deloverli  ilk prezidentdir. Həm də ABŞ tarixində ikinci katolik prezidentdir (Katolisizm ümumdünya miqyasında mərkəzləşdirilmiş, ciddi təşkilat strukturuna malik xristianlıq formasıdır. Beynəlxalq mərkəzi Roma şəhərinin daxilində yerləşən Vatikan dövlətidir). 

Dərd burasındadır ki, təkcə parodiyaçılar, şoumenlər, aktyorlar, adi insanlar yox, tanınmış ictimai-siyasi xadimlər, dövlət başçıları tərəfindən (Donald Tramp, Məhəmməd bin Salman və b) də istehza ilə yanaşılan, yamsılanan 81 yaşlı Cozef yenidən prezidentliyi uğrunda yarışmaya qoşulub. Tramp geniş kütlələr qarşısında "Hara gedirəm? Hansı cəhənnəmə gedirəm? Çölə çıxmaq istəyirəm. Buradır, yox, başqa yerdir" - deyə, xələfinin Şimali Karolinadakı çıxışında boş yerə əl sıxaraq yol tapmağa çalışdığını xatırladıb. Həmçinin Baydeni "Yuxulu Co" adlandıraraq, onun demans və alzheimer xəstəliklərindən əziyyət çəkdiyini bildirib, psixi sağlamlığının yoxlanılmasını təklif edib. Sabiq prezident Amerika siyasət tarixində Bayden kimi mənfi xüsusiyyətlərə malik rəhbərin olmadığını dilə gətirib: "O, sadəcə özünü və ailəsini zənginləşdirməyə çalışır. Çinlə bağlı heç nə etmədi, çünki həmin ölkədən milyonlarla dollar alıb". 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da qapalı iclasda Amerikalı həmkarının psixi sağlamlığına istehza ilə yanaşıb.

ABŞ lideri isə heç kimə və heç nəyə baxmadan, tənqidlərdən nəticə çıxarmadan, hətta seçki marafonunda belə, qəribəliklərini davam etdirməkdədir. Srağagün Milli Qubernatorlar Assosiasiyasında çıxışı zamanı Barak Obamanın vitse-prezidentliyi dövründən xatirəsini danışarkən yenə də dövlətləri və dövlət başçılarını səhv saldı: "Obama mənim Si Cinpinlə tanış olmağımı istəyirdi. Onun Rusiyanın rəhbəri olacağı aydın idi... O zaman biz Rusiya və digər ölkələrlə də problemlər yaşayırdıq"...

Dünya mediası Baydenin dəfələrlə oxşar nöqsanları təkrarladığını vurğulayır. Məsələn, yanvarın sonunda Fransanın hazırkı prezidenti Emmanuel Makronu 1981-1995-ci illərdə Fransaya rəhbərlik edərək 1996-cı ildə dünyasını dəyişən Fransua Mitteranla səhv saldı. Daha sonra Angela Merkeli mərhum Almaniya lideri Helmut Kolla iki dəfə qarışdırdı. Fevralın əvvəlində Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə də "Meksika prezidenti" demişdi və sair.

İndi mütəxəssislərin müəyyənləşdirməsi gərəkdir ki, Bayden belə gözlənilməzlikləri doğrudan da mərəzdir, yoxsa dünya ağalığına çalışan mürtəce qüvvələr bir qırğın törədib xəstə rolu oynayan dövlət başçısını suçlayacaqlar? Sosial şəbəkələrdə populyarlıq qazanmağa çalışır, yaxud rusiyalı mərhum həmkarı Boris Yeitsin kimi xalqın sevimlisinə çevrilmək istəyir?  

Bəli, köhnə şakaçının növbəti "yumor"u dünya ictimaiyyətini əməlli-başlı silkələyib. Çünki bu, nə canlı yayımda əllərini rul kimi tutaraq oyuncaq maşının arxasınca qaçması, nə dəfələrlə sağa-sola-arxaya dönərək qarşısında kimsə olmadan əl sıxmaq istəməsi, nə Pasxa bayramında "yumurta yuvarlama" tədbirində iştirakçılarla söhbətləşərkən dovşan libasındakı şoumeni görüb sözünü yarımçıq saxlayaraq aradan çıxması, nə də teleaparıcı inflyasiyasının səviyyəsi ilə bağlı sual verərkən yumruqlarını sıxıb qollarını qaldırıb hərəkətsiz qalması qədər anlaşılmaz olsa da, yüngülvari, yolaveriləsi hal deyil. 

Beləcə, onun İllinoys ştatında çıxışı zamanı kişi ilə qadını səhv salıb xanıma bəy kimi müraciəti (Çikaqonun meri xanım Lori Laytfutu " mister" deyə çağırmışdı), ştatın senat sədri Don Xarmona sualında çaşıb qalaraq, başa düşülməyən tərzdə "Ohayo Pensilvaniyada, Ohayo Pensilvaniya, mən  pensilvaniyadanam, İllinoysun prezidentiyəm" rabitəsz ifadələri, Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı onu səhvən prezident adlandırması, həmin ölkənin himni səslənərkən ABŞ himni zənn edib sağ əlini ürəyinin üzərinə qoyması, xəstəxana işçisi ilə söhbətini tamaşaçılara nəql edərkən televizorla telefonu fərqləndirə bilmədən "Dünən axşam mən televizorda idim və təcili yardım şöbəsi ilə televizorla danışdım" da bağışlana bilər.

Əvvəllər nərdivandan və velosipeddən yıxılması, keçmiş dövlət katibi Hillari Klintonu qucaqlayıb buraxmaması, Floridadakı mitinqdə çıxışı zamanı 2021-ci ilin 20 yanvarından prezident olduğunu unudub "bu yayda" (2022-ci ilin yayı) ali kürsüyə keçdiyi iddiası ilə "Yolda yanacaqdoldurma məntəqəsinin yanından keçirdim: benzin 3,25 dollardır, amma mən bu yay öz vəzifəmə başlayanda 5 dollar idi" deməsi də boş şeylərdir.

Ağ Evdə İsrail prezidenti İsaaq Hersoqu qəbulu zamanı mətbuata açıqlama verəndə yuxuladığından nitqi tutularaq zaldakıları heyrətləndirməsini, canlı yayımda çıxış etdiyi vaxt suflyordakı mətni oxuyarkən "sətri təkrar et", "sitatı bitir" kimi xəbərdarlıqları da səsləndirməsi və sözügedən hadisədə təəccübdən köməkçisi Kamala Harrisin baxışındakı dəyişiklikləri də birtəhər yola vermək mümkündür. Sadəcə, adam qorxur ki, birdən "Yuxulu Co" qazlı su içmək məqsədi ilə yanındakı nüvə çamadanına 20 sent atıb düyməni basmaq istədi, bax, o zaman biz neyləyərik?!

Qurban CƏBRAYIL




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ