Bazar günü günü, 11 oktyabr 2026
     

"Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir"

Image


BMT-nin statistikasına görə, yalnız XX əsrdə baş vermiş müharibələrdə 100 milyondan artıq insan həlak olub. Elə yaşadığımız XXI əsrin də bircə günü belə savaşsız ötüşməyib. Bu müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları var ki, onlara heç zaman və heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindəndir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Feyziyev deyib.

Deputat qeyd edib ki, sovet dövrünün son 10 illiyində ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər çökməkdə olan imperiya mərkəzinin köməyi ilə yenidən Ermənistanda etnik təmizləmə siyasəti aparmaqla özlərinin "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək fikrinə düşmüşdülər. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 mindən çox azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün əraziləri etnik təmizləməyə məruz qoyduqdan sonra daha da həvəslənən ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Müstəqillik Aktını qəbul etməklə 70 illik sovet əsarətinə son qoydu. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və dərhal dünyanın mütərəqqi ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Baş verənlər əslində imperiya mərkəzi üçün bütün Qafqazın itirilməsi demək idi. Buna yol verməməkdə israrlı olan imperiya mərkəzi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dəstək vermək yolunu tutdu.

C.Feyziyev bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək soyqırımı törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Xocalının mühasirəyə alınaraq mülki əhalinin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin soyqırımı törətdiyini sübut edir. Bu soyqırımı aktı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayətdir. Xocalı faciəsi yalnız Azərbaycanı yox, dünyanın bütün ölkələrində bu faciədən xəbər tutan bütün insanları sarsıtmışdı.

"Əslində, Xocalı qətliamı ondan iki il əvvəl Sovet imperiyası tərəfindən Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirirdi. 1994-cü ildə yaradılmış ATƏT-in Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürdü. O illərdə Azərbaycan ədalətin bərpa olunması, ölkənin 20 faizə yaxın işğal olunmuş ərazisinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün öz yurdlarına qaytarılması üçün dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa İttifaqının, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyirdi. Lakin dünyanın ən böyük güc mərkəzləri hesab olunan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının erməni işğalından azad olunması üçün heç bir əməli addım atmadı. Bu onu göstərir ki, müasir dünya siyasətində qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.

Bu həqiqəti dərk edən Azərbaycan xalqı nəyin bahasına olursa-olsun Xocalı qatillərini cəzalandırmaq və işğala son qoymaq məqsədi ətrafında bir yumruq kimi birləşdi. Beynəlxalq təşkilatların, Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən bir sıra dövlətlərin təzyiqlərinə və təhdidlərinə baxmayaraq, Dəmir yumruq Qarabağımızda kök salmış şər yuvasının başına endirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi erməni işğalına birdəfəlik son qoydu. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.

Bu gün Xocalı soyqırımının ildönümüdür. Doğrudur, xalqımız bu tarixin kədərini yaşamaqla bərabər həm də alınmış qisasın qürurunu yaşayır. Amma Xocalıda vəhşiliklə qətlə yetirilmiş soydaşlarımızın qisası alınmış olsa da tariximizin bu faciəli səhifəsini bir an belə unutmaq olmaz", - deyə deputat bildirib.

C.Feyziyev qeyd edib ki, hələ 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmişdi. Ümummilli Liderin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevral ayının 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Xocalı faciəsinin qurbanlarını yad edərkən Prezident İlham Əliyev bu hadisəni belə səciyyələndirmişdi: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir".

Deputat deyib: "Erməni işğalı və Xocalı faciəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam etdirilir. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlər təşkil edilir, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasəti haqqında əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Bu günədək 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb. Xocalı faciəsinin soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanınması haqqında bir çox ölkələrdə parlament aktları qəbul olunub. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator bəyanatları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib. Artıq torpaqlarımız işğaldan azad edilib, bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunub. Lakin Xocalı faciəsi yaddaşlardan silinməyib və bu faciə heç vaxt unudulmayacaq. Çünki bu bizim tariximizin qan yaddaşıdır".




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ