30/01/2023 01:47
728 x 90

Prezident Ersin Tatar Pəncə-Qılınc əməliyyatı ilə əlaqədar qiymətləndirmələr etdi

img

Prezident Ersin Tatar “Pəncə-Qılınc Hava Hərəkatı”nın Vətən Türkiyənin milli təhlükəsizliyi, regional və qlobal sabitlik və sülh üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

"Pəncə-Qılınc" əməliyyatı ilə bağlı yazılı açıqlama verən Prezident Tatar "ŞKTC-nin Türkiyəni hədəf alan və milli təhlükəsizliyi təhlükə altına alan hər cür terror təhlükəsinə qarşı hər zaman Ana Vətən Türkiyənin yanında olacağını xatırlatmaqda böyük fayda görürəm" deyib.

Prezident Tatar Cənubi Kipr Yunan Administrasiyasını da terrorizm və terror təşkilatları ilə əlaqələrini nəzərdən keçirməyə, siyasi motivlərlə dünya bəşəriyyətini təhdid edən terror təşkilatları ilə əməkdaşlığı dayandırmağa çağırıb.

 “Qəhrəman Türkiyə Hərbi Hava Qüvvələrinin İraq və Suriyanın şimalında yerləşən bölgələrə həyata keçirdiyi “Pəncə-Qılınc” hava əməliyyatı həm milli təhlükəsizlik baxımından Türkiyə, həm regional və qlobal sabitlik və sülh üçün son dərəcə əhəmiyyətlidir”- sözlərinin yer aldığı bəyanatda

ŞKTC Prezidenti Yunan rəhbərliyinin PYD-yə icazə verməsindən sonra yenidən gündəmə gələn Kipr Yunan Rəhbərliyi-PKK əlaqələrinin ölkə və bölgənin təhlükəsizliyi ilə bağlı risqlərinə diqqət çəkir, terror təşkilatı PKK-nın siyasi qolunun yanvar ayında Cənubi Kiprdə nümayəndəlik açacağını xatırladır.

“Qəhrəman Türk Silahlı Qüvvələrinin və türk xalqının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında xain terror təşkilatlarına qarşı milli səfərbərlik ruhu ilə davam etdirdiyi bu müqəddəs mübarizənin uğur qazanacağına inandığımı vurğulayaraq; Türkiyəni hədəfə alan və milli təhlükəsizliyi təhlükə altına alan istənilən terror təhlükəsinə qarşı ŞKTC-nin hər zaman Ana Vətən Türkiyənin yanında olacağını xatırlatmaqda böyük fayda görürəm” – bəyanatda deyilir.

SAMİRƏ

Peşə etikası

Son xəbərlər