07/02/2023 02:46
728 x 90

“Bir yerdə çiyin-çiyinə...”

img

Azərbaycanla Rusiya arasında dostluq iki çoxillik partnyorun, iki nəhəng dövlətin dostluğudur və birinin başına gələn faciələr bütövlükdə hər iki ölkənin ortaq dərdinə çevrilir. Çünki bizi birləşdirən dəyərlər eynidir – sədaqət, cəsurluq, düzlük və ədalət uğrunda yorulmaz mübarizə...

Bu sözlər biznesmen, jurnalist, Ukrayna Azərbaycanlıları Uğrunda cəmiyyətinin Baş katibi Ceyhun Məmmədovun liqa.net bloqunda gedən məqaləsindəndir. Məqalədə müəllif azərbaycanlı Orucov Rəşad Əliqulu oğlunun ukraynalılarla bir yerdə Rusiya aqressiyasına qarşı çiyin-çiyinə döyüşməsindən və şəhid olmasından bəhs edir. Qeyd edir ki, Rəşad Ukraynanın azadlığı uğrunda qəhrəmanlıqla döyüşərək canından keçən ilk azərbaycanlı deyil. Müəllif bu siyahının hər keçən gün artdığını təəssüflə diqqətə çatdıraraq bildirir ki, bu qəhrəmanların adları Azərbaycan və Ukrayna xalqlarının qəlbində hər zaman yaşayacaq.

SAMİRƏ

Peşə etikası

Son xəbərlər