30/01/2023 02:43
728 x 90

Əliyev Səmərqənddə Türk dövlətlərinin qarşısında iki müstəsna vacib vəzifəni bəyan etdi...

Yadigar Məmmədli: “Bütün bunlar yeni bir güc mərkəzinin yaranması deməkdir”

img

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edərək bir sıra məsələlərə toxunub.

Prezident çıxışında əsasən iki tezisi vurğuladı. Türk dövlətlərinin inteqrasiyasının, əməkdaşlığının ilkin əməkdaşlığını təxminən müəyyənləşdirdi. Birincisi onların arasında iqtisadi, ticarət, investisiya, mədəni, humanitar əlaqələrin gücləndirilməsi ilə, ikincisi bu dövlətlərin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Görünən odur ki, bunların ikisi də türk dünyasının gələcəkdə dünyanın çox təsirli inteqrasiya birliklərindən birinə çevrilməsini şərtləndirən amildir. Bu, türkdilli ölkələrin birliyinin çox ciddi, aparıcı güc mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxaracaq.

O baxımdan sadalanan məqamları ekspertlər necə dəyərləndirir?

  • “Prezident İlham Əliyevin verdiyi mesajlarla, göstərdiyi yol xəritəsi ilə inteqrasiya prosesi davam edir”

Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, Prezident İlham Əliyevin irəli sürdüyü məsələlər türk dövlətlərinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın və inteqrasiyanın dərinləşməsi yeni bir güc mərkəzinin yaranması deməkdir. İqtisadi ticarət və təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almalıyıq ki, türkdilli dövlətlərin inteqrasiyası ilə bağlı ilk addım Azərbaycanda atılıb. 2009-cu uldə türkdilli dövlətlər Naxçıvanda bir araya gəldilər və bu yöndə müəyyən addımlar atmağa başladılar. Zaman keçdikcə, bu yöndə bir sıra addımlar atıldı. İlk vaxtlar bəzi türkdilli dövlətlər tərəddüd etsələr də, sonra bu birliyə qoşuldular. Bütün bunlarda Prezident İlham Əliyevin qətiyyətli siyasəti önəmli rol oynadı. Müşahidələr göstərir ki, Prezident İlham Əliyevin verdiyi mesajlarla, göstərdiyi yol xəritəsi ilə inteqrasiya prosesi davam edir. Səmərqənddə keçirilən toplantıda cənab Prezident çox ciddi mesajlar verdi. Bu qurumun daha güclü olması dərin iqtisadi əməkdaşlıqdan, təhlükəsizlik sahəsində birgə fəaliyyətdən keçir. Dünyanın aparıcı qurumlarında da əsas məsələlər iki istiqamət üzrə müəyyən edilir - iqtisadi və təhlükəsizlik. Ona görə də sadalanan tezislərin Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi onun uzaqgörənliyindən irəli gəlir. Dünyada geosiyasi vəziyyət dəyişdiyi üçün çox həssas bir dönəmə daxil oluruq. Ona görə də türkdilli dövlətlərin inteqrasiyası çox zəruridir”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər