30/01/2023 03:09
728 x 90

“Qanımız bir, canımız bir” devizli qanvermə aksiyasında Səfir də qan verdi

img

Azərbaycan və Türkiyə arasındakı güclü qardaşlıq əlaqələrini bir daha nümayiş etdirmək məqsədilə Türk Qızılay və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Qanımız bir, canımız bir” devizi altında qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında Türkiyəyə aid olan qurum və quruluşlar, iş adamları, müşavirliklər və tələbələr iştirak edib. Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri, millət vəkili Novruz Aslan, həmçinin Milli Məclisin deputatı Məlahət İbrahimqızı da iştirak edib.

 Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qanvermə aksiyasında qan verib.

Səfir Cahit Bağçı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb:

“Türkiyə-Azərbaycan can qardaşlığını qan qardaşlığına çeviririk. Bildiyiniz kimi, Türk Kızılay Cəmiyyəti bütün dünyada fəaliyyət göstərir. Hər zaman qardaşlarımızın yanındayıq. Biz bunun ən gözəl nümunəsini İkinci Qarabağ müharibəsində də gördük. Hər yerdə hər saniyə qardaşlarımızın yanında olduq”.

Baki-xeber.com

Peşə etikası

Son xəbərlər