Türkiyədən Pakistana 11 təyyarə və 2 qatar yardım ləvazimatları göndərildi

img

Türkiyədən Pakistana 11 təyyarə və 2 qatar yardım ləvazimatları göndərildiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sel fəlakətinin baş verdiyi Pakistana gedib.

Daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İslamabadda Pakistanın baş naziri Şahbaz Şərif ilə görüşüb.

Daxili işlər naziri Soylu verdiyi açıqlamada indiyə qədər Pakistana 11 təyyarə ilə yardım ləvazimatlarının gətirildiyini bildirib.
Soylu yardım ləvazimatları ilə yüklənmiş 2 qatarın Pakistana getdiyini və üçüncü qatarın hazırlandığını vurğulayaraq “Həm hökumətimiz həm də bütün qeyri-hökumət təşkilatlarımız hazırda böyük bir kampaniya içərisindədir. Təxminən 10 min çadır göndərilib. 25 min qida paketi, o cümlədən sağlamlıq ləvazimatları və dərmanlar, uşaq qidaları, paltarlar və fövqəladə hallar mərkəzinin tələb etdiyi qayıqlar çatdırıl;b.”, – deyə bildirib.

Sel fəlakəti yaşanan bölgədə Türkiyədən gələn çox sayda insan çalışır.

Açıklama yok.Açıklama yok.

Baki-xeber.com

Peşə etikası

Son xəbərlər