Bazar günü günü, 16 avqust 2026
     

Əhməd İsmayılov: Peşəkar medianın fəaliyyətinin stimullaşdırılması əsas məqsədlərimizdəndir

Image


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Artıq “Media haqqında” Qanunun qüvvəyə minməsi, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanın verilməsi, qəzet kağızının ƏDV-dən azad olunması media islahatlarının ölkəmizin informasiya mühitinə gətirdiyi yeni yanaşmanın ilkin təzahürləridir. Milli Mətbuat Günü ərəfəsində Azərbaycanda media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.

- Əhməd müəllim, müasir çağırışlar kontekstində Azərbaycan mediasının inkişaf perspektivlərini necə qiymətləndirirsiniz və bu istiqamətdə Agentliyin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına təkan vermiş, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Vətən müharibəsindən az sonra dövlətimizin başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur. Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Bir daha vurğulamaq istərdik ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə imza atması bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində ruh yüksəkliyi yaratmışdır. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın informasiya savaşında rolu və çağırışlarına, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri zamanı çəkdiyi video və fotolarla erməni vəhşiliyini həm də öz sosial media hesablarında paylaşmasına və bu istiqamətdəki çoxsaylı fəaliyyətinə media orqanları xüsusi diqqət ayırmış, obyektivlik, yüksək peşəkarlıq və prinsipiallıq nümayiş etdirərək ölkə reallıqlarını bütün dünyaya çatdırmışlar.

Cənab Prezident tərəfindən cari ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətninin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Müasir tələblərə cavab verməklə yanaşı ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradan “Media haqqında” Qanun bir tərəfdən bu günə qədər tənzimlənmiş münasibətləri tənzimləyir, digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir.

Cari ilin fevralın 8-də dövlət başçımızın “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” Fərmanına əsasən Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilmişdir. Müvafiq Fərman cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil etmiş, dolayı yolla jurnalistin dövlətin gözündəki həqiqi statusunu və kimliyini müəyyənləşdirmişdir.

Dövlətin medianın inkişafı stimullaşdıran addımlardan biri də qəzet kağızının ƏDV-dən azad olunmasıdır ki, media ekspertləri əminliklə bunun çap mediasının inkişafına təkan verəcəyini bildirmişlər. Xatırladaq ki, cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bu il mayın 13-də Azərbaycan Respublikasının Baş nazirinin müvafiq Qərarı ilə ƏDV-dən azad edilən Azərbaycanda kütləvi informasiya məhsullarının siyahısı təsdiqləndi. Bu Qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcəkdir. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir. Onu da vurğulayaq ki, kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad edilməsi bu sahədə də canlanma yaratmaqla yanaşı, nəşriyyatların işinə müsbət təsir göstərəcəkdir.

Ümumiyyətlə, medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi fundamental hüquq olan düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması əsas məqsədlərimizdəndir. MEDİA Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

- Əhməd müəllim, “Media haqqında Qanun”dan irəli gələrək Media Reyestrinin yaradılması ilə bağlı məsələ nə yerdədir?

- Həmişə qeyd etdiyimiz kimi, Media Reyestri Azərbaycanda media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradan vasitələrdən biridir. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə, müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr, sadəcə, onları vahid bazada toplayacaq və pərakəndəliyin qarşısını alacaqdır. Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını dəstəkləmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Beləliklə, yaranacaq mühit rəqabət şəraitində peşəkar medianın önə çıxmasını və inkişafını təmin edəcəkdir. Media Reyestrinə hazırlığın ilkin mərhələsi artıq başa çatıb və işçi qaydada müvafiq orqanlarla müzakirə olunur. Düşünür ki, müəyyən olunmuş müddətdə onun həyata keçirilməsinə nail olacağıq.

- İctimai əhəmiyyətli məzmun yaratmaq jurnalistikanın başlıca funksiyası hesab olunur, bəs Azərbaycanın mediası bu funksiyanın öhdəsindən necə gələ bilir?

- MEDİA Agentliyi media subyektlərinin işinin keyfiyyət baxımdan yaxşılaşdırılması, jurnalistika prinsipləri və peşə etikası çərçivəsində səmərəli fəaliyyət göstərməsi üçün sistemli xarakter daşıyan strategiya həyata keçirir. Nümunə üçün deyək ki, Agentlikdən maliyyə yardımı alan qəzetlərin və saytların yalnız bu ilin altı ayı ərzində aparılmış monitorinqinin və ardıcıl həyata keçirdiyimiz tədbirlərin nəticəsi müsbət dinamikanı görməyə imkan verir. Bir çox saytların texniki problemləri aradan qaldırılmış, bəziləri tamam yeni tərtibata keçmiş, bir çox saytlar yeni rubrikalar yaratmış və ən əsası, gündəlik 20 özəl material tələbini yerinə yetirmək artıq gündəlik iş normasına çevrilməkdədir. Bütün media subyektlərinin daim şikayət etdikləri “copy-paste” hallarının əsaslı şəkildə azaldığını müşahidə edirik, Azərbaycan dilinin ədəbi üslubunun tələblərinə ciddi əməl edilməsi diqqət mərkəzimizdədir. Bəzi saytlarda özünü göstərən xəbər lentinin “Google” platformasının mexaniki tərcümə proqramından istifadə etməklə doldurulması prosesinin qarşısının alınması yönündə atdığımız addımlar qısa vaxtda öz səmərəsini verir. Bütün bunlarla yanaşı, məzmun rəngarəngliyinə nail olmaq əsas hədəfimizdir. Görüşlərimizdə də bildirdiyimiz kimi hər bir media subyektinin öz siması, özünəməxsus xüsusiyyətləri olmalıdır. Tərcümə materiallarından asılılığı janr müxtəlifliyi ilə əvəzlənmək media subyektinin özünüinkişaf konsepsiyasının əsasını təşkil etməlidir. Təqdir olunan haldır ki, Agentlikdən dəstək alan media subyektlərində media etikasının pozulması halları yox dərəcəsindədir.

- Azərbaycanın çap mediasının işində hansı dəyişikliklər müşahidə olunur?

- İKT-nin sürətli inkişafı ilə müşayiət olunan dəyişikliklər qəzetlərə münasibətdə xüsusi və həssas yanaşma tələb edir ki, MEDİA Agentliyi də bu çağırışlardan çıxış edərək yeni trendlərə uyğunlaşma prosesində çap mediasına dəstəyini davam etdirir. Bu istiqamətdə dövlət dəstəyinin məqsədi çap mediası subyektlərinin yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir. MEDİA Agentliyi keçən ilin ikinci yarısında qəzetlərə dəstəyin yeni mexanizmini tətbiq etdi ki, bunun da keyfiyyət dəyişikliyinə gətirib çıxaracağını, ənənəvi mediadan yeni media müstəvisinə konvergensiya prosesini sürətləndirəcəyini hesablamışdıq.

MEDİA Agentliyinin dəstək verdiyi 6 gündəlik, 10 həftəlik olmaqla, bütün qəzetlərdə, habelə onların eyniadlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü göstərir. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçmişlər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadırlar. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişib, köhnə forma və qəlblərdən imtina olunub. Məsuliyyətlə deyə bilərik ki, çoxşaxəli konvergensiya prosesinin ayrılmaz elementi olan qəzet saytlarının yenidən qurulması prosesi artıq başa çatmışdır. MEDİA Agentliyi ümumi dəstək zərfində qəzet saytlarının inkişaf etdirilməsini öhdəlik kimi irəli sürmüş və bunun üçün birdəfəlik vəsait ayırmış, eyni zamanda, aylıq dəstək göstərməkdə də davam edir. Əksər qəzetlərimizin saytları ya yenidən qurulmuş, ya da əsaslı şəkildə dəyişmişdir. Bunun nəticəsi olaraq deyə bilərik ki, qəzet saytları onlayn media subyektlərindən geri qalmır, əksinə, məzmun yaratmaq, əhəmiyyətli kontent vermək baxımından fərqlənə bilirlər. Yazılı medianın müasir simasının formalaşması yönündə konseptual yanaşmamız gələcəyə hesablanıb, ona görə bu proses davamlı xarakter daşıyır. Hazır qəzet mətnlərinin saytlara yüklənməsi hələ yeni media demək deyil. İrəlidə müasir qəzetçiliyin yazı üslubu, ənənəvi mətnlərdən “hipermətn”lərə keçid, mövzu təqdimatı, qəzet məhsulunun tək yazılı deyil, müxtəlif versiyalarda hazırlanıb populyarlaşdırılması və s. kimi sırf jurnalist yaradıcılığı ilə bağlı məsələlərin həllinə nail olmalıyıq. Bu gün Azərbaycanın media subyektləri arasında hansı formatda çıxmasından asılı olmayaraq, qəzetlərin intellektual potensialı yüksəkdir.

- Agentliyin “E-köşk” layihəsi və “Metrix.az” - media təhlili platforması böyük marağa səbəb oldu. Bu layihələrin yaranma zərurəti haqqında fikirləriniz maraqlı olardı...

- “E-köşk” platforması qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli şəkildə çatdırmağa şərait yaradacaq. Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədi ilə bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Bir sözlə, “E-köşk” rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Portal qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb. Platformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq, asanlıqla əldə edə bilmək imkanı yaratması nəzərdə tutulur. “E-köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, rəqəmsallaşdırılmış arxivdən sərbəst şəkildə faydalana biləcəklər. Sualınızın Azərbaycanın milli rəqəmsal media təhlili platforması olan “Metrix.az”la bağlı hissəsinə gəldikdə isə qeyd etmək istərdim ki, platforma 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir. Milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaqdır.

Yeri gəlmişkən, vurğulamaq istərdik ki, vaxt keçdikcə “Media haqqında” Qanunda əksini tapmış müəllif hüquqları, habelə onlayn media standartları ilə bağlı tələblərin praktikada özünü doğrultduğunu və Azərbaycanın informasiya mühitini sağlamlaşdırmaq istiqamətində ciddi hüquqi baza rolu oynadığının şahidi oluruq.

- MEDİA Agentliyi tərəfindən ötən il jurnalist peşəkarlığının artırılması məqsədilə silsilə təlimlər həyata keçirildi. Hazırda bu istiqamətdə işlər necə davam etdirilir?

- Ötən il ADA Universiteti ilə MEDİA Agentliyinin birgə əməkdaşlığının təməli qoyulmuş və jurnalistikanın müxtəlif seqmentlərinin inkişafına yönəlmiş təlimlər keçirilmişdir. “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda baş tutan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak etmişlər. Yetmişdən çox baş redaktorun iştirakı ilə “Aljazeera” və “Haber Global”ın mütəxəssislərinin də qatıldığı “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar keçirilmişdir.

Artıq ADA Universiteti ilə media sahəsində mütəxəssislərin əlavə təhsilinin təşkil edilməsi üzrə səmərəli əməkdaşlığın genişləndirilməsi və media sahəsində özünü göstərən ehtiyacları hədəflənən layihələrin reallaşdırılması məqsədilə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu il ərzində Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisaslaşma proqramları, eyni zamanda, gənc kadrların inkişafı üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif layihələrin təşkil edilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, ilin sonuna qədər keçirilməsi planlaşdırılan inkişaf proqramlarında 600-dən çox media nümayəndəsi əhatə olunacaqdır.

Digər dövlət orqanları ilə də birgə təşkil etdiyimiz təlimlərə maraq böyükdür və bu işlər öz növbəsində sahəvi jurnalistikanın inkişafı üzrə layihələrimizin tərkib hissəsidir. Hazırda Agentlik tərəfindən digər dövlət qurumları ilə müxtəlif layihələr həyata keçirilməkdədir. Fərqli kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası amilidir. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Medianın İnkişafı Agentliyi mütəxəssislərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” adlı tövsiyələr hazırlamışdır. Düşünürük ki, dünyadakı müsbət təcrübələri və yerli xüsusiyyətləri nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən media subyektlərinin öz redaksiya siyasətini müəyyənləşdirməsi, oxşar kodekslərə malik olması medianın inkişafı, peşəkarlığının artırılması baxımından faydalıdır. Media subyektlərində təqdim etdiyimiz tövsiyələr əsasında, müzakirələr aparılıb və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydalarının təsdiq olunması prosesinə başlanıb. Bu qaydaların tətbiq olunması, hər bir media subyektində müəlliflik hüquqlarının qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunması prosesinə təkan verəcək.

- Prezident İlham Əliyev bu ilin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu xüsusi vurğulamışdır. Sizin fikrinizcə, Azərbaycan mediası öz üzərinə düşən bu vacib missiyanı hansı səviyyədə yerinə yetirir?

- Cənab Prezidentin daim jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur. Vurğulamaq istərdik ki, Medianın İnkişafı Agentliyi məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirir. Bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materiallar hazırlanmaqdadır. Dövlətimizin başçısı demək olar bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, çatışmazlıqlardan da bəhs edir, “mütləq çox güclü ictimai nəzarət olmalıdır” deyərək cəmiyyətdən dəstək istəyir. Bu gün sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, ifadə azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması ictimai nəzarətin və ictimai rəyin rolunu daha da artırır. Bu baxımdan Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin rolunu bir daha vurğulaması çox mühüm əhəmiyyət kəsb edir. Prezidentin ictimai nəzarətin təmin edilməsi baxımından media nümayəndələrinin rolunu xüsusi vurğulaması jurnalistlərin peşəkar fəaliyyətlərini yerinə yetirərkən məsuliyyətli olmasını şərtləndirir. Üzərinə düşən məsuliyyəti anlayan və gündəlik işini peşə davranış qaydalarından irəli gələn prinsiplər əsasında quran media ictimai nəzarətçi missiyasını uğurla həyata keçirə bilər. Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılmışdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ